SEPAH Yaxın Şərqdə ABŞ-ın 18 hərbi obyektinin məhv edildiyini bildirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cavab zərbələri nəticəsində bölgədə yerləşən ABŞ hərbi aviabazalarındakı 18 mühüm hədəfin vurulduğunu açıqlayıb.

 

İran dövlət televiziyasının yaydığı SEPAH bəyanatına əsasən, korpusun hava-kosmik və hərbi dəniz qüvvələri iki dalğa şəklində həyata keçirilən əməliyyat zamanı Əli Əl-Səlim, Əhməd Əl-Cabir aviabazalarına, eləcə də Bəhreyndə yerləşən Şeyx İsa aviabazasındakı obyektlərə zərbələr endirib. Tehranda bildirilib ki, bu əməliyyat ABŞ Silahlı Qüvvələrinin hərəkətlərinə cavab olaraq həyata keçirilib.