Mbappe yağış səbəbindən dayandırılan oyundan sonra meydançanın vəziyyətindən narazı qalıb

Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatının qrup mərhələsində İraq yığmasına qarşı keçirilən oyundan sonra meydançanın vəziyyətini tənqid edib.

AZƏRTAC xəbər verir ki, qarşılaşma güclü yağış və ildırım səbəbindən bir neçə saatlıq dayandırılıb. Fasilədən sonra bərpa olunan görüş Fransa millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mbappenin sözlərinə görə, stadion əməkdaşları meydançanın yalnız bir hissəsində suyun təmizlənməsinə diqqət yetiriblər. “Müdafiə etdiyimiz hissədə suyun çəkilməsi üçün 20 dəqiqə vaxt sərf olundu. Lakin hücum etdiyimiz tərəfdə eyni iş görülmədi və meydança su altında qalmışdı”, – deyə forvard bildirib.

Qeyd edək ki, Fransa millisi bu qələbə sayəsində vaxtından əvvəl dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Komanda qrupdakı son oyununu iyunun 26-da Norveç yığmasına qarşı keçirəcək.