Braziliyalı döyüşçü: Azarkeşlər Nazim Sadıxovla aramızda çox maraqlı və gərgin qarşılaşma izləyəcəklər

azim Sadıqovla qarşılaşmaya tam hazır vəziyyətdəyəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək braziliyalı döyüşçü Mateus Kamilo mətbuat konfransında deyib.

O, Azərbaycan təmsilçisi Nazim Sadıxovla maraqlı döyüşün alınacağına inandığını bildirib:

“Azarkeşlər Nazimlə aramızda çox maraqlı və gərgin qarşılaşma izləyəcəklər. Qələbə qazansam, bunu mənə dəstək olan hər kəsə həsr edəcəyəm. İdmançılar döyüşə yaxşı hazırlaşanda özlərini daha sakit və inamlı hiss edirlər. Məqsədim Nazimə nokautla qalib gəlməkdir”.

Qeyd edək ki, UFC turniri iyunun 27-də Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək. Mateus Kamilo həmin gecədə Azərbaycan təmsilçisi Nazim Sadıqovla üz-üzə gələcək.