Çində elektrik nəqliyyat vasitələrinin ixracının dəyəri may ayında 9,2 milyard dollara çatıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 49 faiz artım deməkdir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Ember” təşkilatı məlumat yayıb.
Bildirilir ki, ixrac edilən elektrik avtomobillərin sayı təxminən 448 minə çatıb. Bunun 169 mini “plug-in” hibrid elektrik nəqliyyat vasitələri, 279 mini isə tam elektrik avtomobillər olub. Həmin ixracın 1,2 milyard dolları Cənub-Şərqi Asiya ölkələrinə həyata keçirilib.
Ötən ay ən çox ixrac 36 min avtomobil sayı ilə Taylanda və 33 min nəqliyyat vasitəsi ilə Filippinə həyata keçirilib. Sonrakı pillələrdə Laos və Kamboca qərarlaşıb, bu da həmin ölkələrdə həyata keçirilən təşviq mexanizmləri sayəsində elektrikli nəqliyyat vasitələri bazarının sürətlə böyüdüyü göstərir. Beləliklə Çin Cənubi Asiya ölkələri arasında elektrikli nəqliyyat vasitələrinin ixracına liderlik edib.
Analitiklərin fikrincə, qlobal yanacaq bazarlarındakı axsamalar və Yaxın Şərqdəki münaqişənin yanacaq qiymətlərinə təsiri Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) bölgəsində nəqliyyat vasitələrinin elektrikləşdirilməsini sürətləndirib. Hazırkı enerji böhranı enerji təhlükəsizliyi baxımından idxal olunan yanacağa asılılığı azaldılması və uzunmüddətli nəqliyyat xərclərinə qənaət edilməsi fonunda elektrikləşdirmənin dəyərini artırıb.