Azərbaycanın MMA döyüşçüsü Mirmehdi Miriyev Çinin Çjençjou şəhərində keçirilən “YFU 95” turnirində iştirak edib.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yerli Huibo Dinqinlə qarşılaşıb.
Mirmehdi Miriyev birinci raundda ağrıdıcı fəndlə rəqibinə qalib gəlib.