Ermənistan ilk dəfə Pakistana səfir təyin edib

Ermənistan Prezidenti Vaaqn Xaçaturnyan Karen Qriqoryanı Ermənistanın Pakistandakı səfiri təyin edib.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

 

Bildirilib ki, Qriqoryanın iqamətgahı Əbu-Dabi şəhərində yerləşəcək. Belə ki, o eyni zamanda Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri vəzifəsini davam etdirəcək.

Qeyd edək ki, Ermənistanın onilliklər boyunca Pakistanla diplomatik əlaqələri olmayıb. Bu əlaqələr yalnız 2025-ci ilin avqust ayında qurulub.