Çində sürüşmə nəticəsində bir neçə ev uçub, dağıntıların altında qalanlar var

Çinin şimal-qərbindəki Qansu əyalətində torpaq sürüşməsi nəticəsində bir neçə ev uçub və sakinlər dağıntıların altında qalıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə əyalətin hakimiyyət orqanları məlumat yayıb.

Yerli vaxtla saat 6:00 radələrində Lonnan şəhərinin Rençan kəndində baş verən təbii fəlakət nəticəsində 33 nəfərin dağıntıların və torpaq axınının altında qaldığı ehtimal olunur. Təcili axtarış-xilasetmə əməliyyatına başlanılıb və 17 nəfər xilas edilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.