ABŞ 100 ildən sonra ilk dəfə dairəvi olmayan xatirə sikkəsi buraxacaq

ABŞ Zərbxanası ölkənin müasir tarixində ilk dəfə dairəvi olmayan xatirə sikkəsini dövriyyəyə buraxacağını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, zəng formasında hazırlanan sikkə ABŞ-nin yaranmasının 250 illiyinə həsr olunacaq.

Məlumata görə, sikkənin ön tərəfində Azadlıq Zəngi, 1776–2026-cı illər və "Azadlıq" yazısı, arxa tərəfində isə İstiqlal zalı, atəşfəşanlıq təsviri və ABŞ-nin adı yer alacaq.

ABŞ-də xatirə sikkələrinin buraxılması uzun illərdir davam edən ənənədir. Bu seriyada ən çox satılan nümunə 1986-cı ildə dövriyyəyə buraxılan Azadlıq heykəli sikkəsi olub.