İran ordusu Bəhreyndə ABŞ-nin hərbi hava bazasına zərbələr endirdiyini açıqlayıb

İran ordusu ABŞ-nin hücumlarına cavab olaraq ABŞ-ın Bəhreyndə istifadə etdiyi "Saxir" aviabazasına "Arash" pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Bu barədə İran ordusunun bəyanatında bildirilib.

Bəyanatda bildirilib ki, zərbələr döyüş helikopterlərinin dayanacaqları və "P-8" kəşfiyyat təyyarələrinin yerləşdiyi əraziləri hədəf alıb.

Eyni zamanda, Küveyt Ordusunun Baş Qərargahı hava hücumundan müdafiə qüvvələrinin hazırda İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumu dəf etdiyini açıqlayıb.