İki neft tankeri Hörmüz boğazı yaxınlığında minalara düşüb

İki neft tankeri təhlükəsiz hesab edilməyən marşrutla Hörmüz boğazından keçməyə cəhd edərkən minalara düşüb.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

 

SEPAH-ın bildirdiyinə görə, hazırda xilasedicilər hadisə yerində əməliyyat aparır və tankerlərin heyət üzvlərini təhlükəli zonadan təxliyə edirlər.