İran: ABŞ-ın Bəhreyndəki erkən xəbərdarlıq radarı hədəf alınaraq məhv edildi
İran İnqilab Keşikçiləri Korpusu, ABŞ-ın Bəhreyndəki erkən xəbərdarlıq radarının hədəf alınaraq məhv edildiyini açıqladı.

İran İnqilab Keşikçiləri Korpusu tərəfindən verilən açıqlamada, düşmən elementlərinin Hürmüzqan əyalətinə bağlı Sirik şəhərindəki bir rabitə qülləsinə dünən gecə təşkil etdiyi hava hücumuna cavab olaraq, İnqilab Keşikçiləri Korpusu Hava Qüvvələrinin Bəhreyndəki ABŞ-a məxsus erkən xəbərdarlıq radarını vurduğu bildirildi.

Hücumun ABŞ-a, hava məkanına yönəlik pozuntularına və Hürmüz Boğazında neft qaçaqmalçılığına son verməsi üçün ciddi bir xəbərdarlıq olduğu qeyd edilən açıqlamada, "Pozuntuların təkrarlanması halında cavab verməyə hazırıq. ABŞ-ın yönləndirməsi ilə hərəkət edən və pozuntulara qarışan şirkətlər daha ağır sanksiyalarla qarşılaşacaq" deyildi.