İsveçrədə muzeydən qızıl sikkələr oğurlanıb

İsveçrədə muzeydən qədim Roma dövrünə aid qızıl sikkələr oğurlanıb.

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, 2 nəfər Lozan şəhərindəki Roma Muzeyinə ziyarətçi qismində girərək mühafizəyə qarşı zor tətbiq edib. Onlar zirehli şüşəni sındıraraq çox sayda qədim qızıl sikkəni götürərək binadan uzaqlaşıblar.