Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərraca çıxarılan əmlaklara 61 sifariş qəbul edilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, rəqabətli keçən hərracda Rusiya istehsalı olan 10 nəqliyyat vasitəsi satılıb. Özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı və yekun satış qiyməti ilə https://clck.ru/36c5uP linki vasitəsilə tanış olmaq olar.
Qeyd olunub ki, hərraclarda iştirak etmək istəyənlər xidmətin rəsmi saytından (emlak.gov.az) və ya özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.