Qarabağda yetişdirilən üzüm sortundan alınan şərabın təqdimatı olub

İkinci üzüm və şərab festivalının ən qürurverici tərəfi odur ki, ilk dəfə Qarabağda yetişdirilən “Xındoqnu” üzüm sortundan alınan şərabın təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, bunu açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva bildirib.

Onun sözlərinə görə, sovet dövründə “Xındoqnu” məşhur üzüm sortu olub və istehsalın 4,1 faizini təşkil edib.

“Şərab hələlik satışa çıxarılmayıb, lakin ixracı da nəzərdə tutulub. Bu vaxta qədər 2 min litr şərab istehsal olunub. Şərabın zavodu Xocavəndin Tuğ kəndində yerləşir”, - deyə Gülnar Mustafayeva əlavə edib.