Azərbaycanlı mütəxəssis Rusiyada Rabitə İşçiləri Həmkarlar İttifaqlarının Beynəlxalq Təşkilatına Şura üzvü seçilib

Rusiyanın Moskva şəhərində Rabitə İşçiləri Həmkarlar İttifaqlarının Beynəlxalq Təşkilatının (MOP) növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda gündəlikdə duran məsələlər müzakirə olunub.

Azərbaycan Nəqliyyat Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Müşviq Əmirov yekdilliklə Rabitə İşçiləri Həmkarlar İttifaqlarının Beynəlxalq Təşkilatının Şura üzvü seçilib.