Trans-Xəzər fiber-optik kabel xəttinin (Trans-Xəzər magistralı) yaradılması böyük potensiala malikdir.
Trend xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Səmərqənd şəhərində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) İdarə Heyətinin illik toplantısında deyib.
"Qonşu ölkələr də bərpa olunan enerji sahəsində iri layihələrə başlayıblar. Gələcək illərdə Mərkəzi Asiya, zəngin bərpa olunan enerji resursları ilə, dünya enerji bazarlarında "yaşıl" enerjinin böyük ixracatçısı olacaq. Bu kontekstdə Trans-Xəzər magistralını xüsusi olaraq vurğulamaq istəyirəm, çünki bu, böyük potensiala malikdir", - dövlət rəhbəri bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə ölkədə 18 gigavat gücündə günəş və külək enerjisi, 3 gigavat hidroelektrik stansiyalar, 5 gigavat akkumulyator gücləri və 5 milyard ABŞ dolları dəyərində elektrik şəbəkələri istifadəyə veriləcək.
Bu layihələr vasitəsilə biz böyük 'yaşıl' məlumat mərkəzləri yaratmağı da planlaşdırırıq. Mən hesab edirəm ki, bu, bütün beynəlxalq maliyyə təşkilatları üçün cəlbedici bir layihə olacaq.