İran və ABŞ-ın atəşkəs barədə razılığa gəldiklərini elan etməkdən məmnunam - Şahbaz Şərif

Pakistanın Baş naziri Şahbaz Şərif İran və ABŞ arasında atəşkəs barədə razılıq əldə olunduğunu açıqlayıb.

Trend-in məlumatına görə, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

 

Baş nazir bildirib: “İran İslam Respublikası və ABŞ-ın müttəfiqləri ilə birlikdə Livanda və digər bölgələrdə də tətbiq ediləcək, dərhal qüvvəyə minən atəşkəs barədə razılıq əldə olunduğunu elan etməkdən məmnunam”.