Bakı-Naxçıvan avtobus reysləri təxirə düşüb

Qarlı hava şəraitinə baxmayaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksi vətəndaşlara fasiləsiz xidmət göstərir.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, İran İslam Respublikasında olan hava şəraiti və yolların vəziyyəti səbəbindən 14 və 15 yanvar tarixlərində Bakı-Naxçıvan avtobus reysləri təxirə salınıb.

Gün ərzində hərəkət cədvəlinə uyğun digər müntəzəm reyslərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür.