Rusiyanın “AvtoVAZ” avtomobil istehsalçı şirkəti Azərbaycanda “Lada” avtomobillərinin yığılmasının təşkili ilə bağlı danışıqlar aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin prezidenti Maksim Sokolov jurnalistlərə bildirib.
“Danışıqlar aparırıq və “AvtoVAZ”ın nümayəndə heyəti bu günlər Azərbaycandadır. Nümayəndə heyəti gələcək tərəfdaşlarımızın istehsal müəssisələrinə baxacaq. Ümid edirəm ki, yazda müsbət xəbərlər olacaq”, - deyə M.Sokolov vurğulayıb.