Ötən ay Dövlət Neft Fondu dollar satışını artırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ötən ay 623,4 milyon dollar məbləğində vəsait satılıb.

AZƏRTAC fondun yaydığı məlumata istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Ötən ilin aprel ayında Dövlət Neft Fondu tərəfindən 286 milyon dollar məbləğində vəsait satılıb.