Türkiyədə avqust ayında bir milyard dollarlıq ixracat edilib

Avqust ayında Türkiyənin Cənub-Şərqi Anadolu Bölgəsindən 1 milyard 20 milyon 69 min dollarlıq ixracat edilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Cənub-Şərqi Anadolu İxracatçılar Birliyi Koordinatoru Ahmet Fikret Kileci yazılı açıqlama verib.

Açıqlamada, ixracatçıların iqtisadi mənfiliklərə baxmayaraq əhəmiyyətli performans göstərdiyi bildirilib.

"Avqustda regionun ixracatı 1 milyard 20 milyon 69 min dollar olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azalma olub. Qaziantepdən 851,7 milyon dollarlıq ixracat həyata keçirilib. İlin ilk səkkiz ayında bölgədən cəmi 7,6 milyard dollarlıq ixrac qeydə alınıb.” – deyə o qeyd edib.

 

 
 
 
Ad - 00:17

 

Bildirilib ki, bölgənin ən çox ixrac etdiyi ölkələr sırasıyla İraq, ABŞ, Suriya, İngiltərə, Almaniya, İtaliya, Səudiyyə Ərəbistanı, Liviya, İran və Cibutidir.

“Ən çox ixrac edilən məhsul qruplarına maşınqayırma xalçaları, xəmir məmulatları, plastik məmulatlar və onlardan məmulatlar, parçalar, ipliklər, dəyirman məmulatları, bitki yağları, digər ərzaq məhsulları, ağac və meşə məmulatları, dəmir-polad məmulatları daxildir.” – deyə açıqlamada qeyd edilib.