Bakıda karbon emissiyalarının qiymətləndirilməsi üzrə Beynəlxalq Forum keçirilir.
Trend xəbər verir ki, forum Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə birgə təşkil olunub.
Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov, dövlət vergi xidmətinin rəisi Orxan Nəzərli və digər rəsmi şəxslər iştirak edir.Tədbirdə aparıcı xarici ekspertlər və mütəxəssislər də daxil olmaqla 40-dan çox ölkədən nümayəndə heyətləri iştirak edir.