Bakıda azərbaycan-Slovakiya biznes forumu keçirilir.
Trend xəbər verir ki, tədbirdə Azərbaycan iqtisadiyyat nazirinin müavini Anar Axundov və Slovakiya iqtisadiyyat nazirinin müavini Kamil Şaşko çıxış edirlər.
Forumda, həmçinin, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov, Slovakiyanın İnvestisiya və Ticarət Agentliyinin (SARIO) baş direktorunun müavini, beynəlxalq ticarət departamentinin direktoru Egon Zorad iştirak edir.
Qeyd edək ki, 2023-cü ildə Slovakiya Azərbaycana 8 milyon avro dəyərində mal ixrac edib, 1 milyon avro dəyərində isə idxal edib.