Bu il Azərbaycanın körfəz ölkələri ilə ticarət dövriyyəsi 28 faiz artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan ilə Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr arasında ticarət dövriyyəsi 28 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin 2-ci iqtisadi forumunda deyib.

Nazir müavini bildirib ki, ölkələrimiz arasında ixrac iki dəfə artıb: “Qarşılıqlı birbaşa sərmayə sahəsində əhəmiyyətli artım müşahidə olunub”.