Azərbaycan və Serbiya "yaşıl" enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.
Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
"Belqradda Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç ilə enerji əməkdaşlığımızın genişləndirilməsinə dair səmərəli görüşümüz oldu.
SOCAR və Srbijagas tərəfindən 1 noyabr 2024-cü il - 1 aprel 2025-ci il tarixləri arasında əlavə gündəlik 1 milyon kubmetr qaz təchizatı üzrə alqı-satqı müqaviləsi və “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalandı", - nazir qeyd edib.